...

Şavkat Mirziyoyev yenidən Özbəkistanın prezidenti seçilib

Dünya xəbərləri Materials 10 İyul 2023 10:10 (UTC +04:00)
Şavkat Mirziyoyev yenidən Özbəkistanın prezidenti seçilib
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Şavkat Mirziyoyev yenidən Özbəkistanın prezidenti seçilib.

Trend xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının brifinqində məlumat verilib.

Belə ki, Mərkəzi Seçki Komissiyasının sədri Nizomiddin Zayniddinovun sözlərinə görə, Şavkat Mirziyoyev 87,05 faiz səs toplayıb.

Qeyd edək ki, Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərində seçici fəallığı təxminən 80 faiz təşkil edib.

Xatırladaq ki, Özbəkistanda iyulun 9-da keçirilən prezident seçkiləri 2023-cü il aprelin 30-da keçirilmiş referendumun nəticələrinə əsasən konstitusiyaya əlavə və dəyişikliklərin qəbulundan sonra ilk seçki olub.

Konstitusiyaya edilən dəyişikliklər prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər artırılmasını nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti