...

İslamofobiya və ksenofobiyaya dəstək demokratiya prinsiplərinə ziddir - Fəxrəddin Altun

Dünya xəbərləri Materials 11 İyul 2023 01:53 (UTC +04:00)
İslamofobiya və ksenofobiyaya dəstək demokratiya prinsiplərinə ziddir - Fəxrəddin Altun
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İslamofobiya və ksenofobiyaya dəstək demokratiya prinsiplərinə ziddir.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

“İsveç terrorla mübarizədə aydın mövqe nümayiş etdirməlidir. Bu, Türkiyənin Stokholmun NATO-ya üzvlüyünü təsdiqləməsinin yeganə yoludur”, - deyə Altun qeyd edib.

Altun xatırladıb ki, Türkiyə, Finlandiya və İsveç keçən il Madriddə keçirilən NATO sammiti çərçivəsində üçtərəfli memorandum imzalayıblar.

“Finlandiya əvvəllər üçtərəfli memorandum çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün səmimi addımlar atıb və NATO-ya üzvlük üçün yol açıb” – deyə Fəxrəddin Altun qeyd edib.

Məlumat üçün qeyd edək ki, dünən Vilnusda Türkiyə, NATO və İsveç arasında üçlü görüş həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti