...

Aralıq dənizində Türkiyə-Yunanıstan-Britaniya birgə hərbi təlimləri keçirilib

Dünya xəbərləri Materials 19 İyul 2023 14:11 (UTC +04:00)
Aralıq dənizində Türkiyə-Yunanıstan-Britaniya birgə hərbi təlimləri keçirilib

Bakı. Trend:

Türkiyə, Yunanıstan və Böyük Britaniya hərbi gəmilərinin Şərqi Aralıq dənizində birgə təlimi keçirilib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Türkiyənin “TCG Gökçeada” freqatı, Böyük Britaniyanın “HMS Duncan” gəmisi və Yunanıstanın “HS Limnos” gəmisi NATO-nun Daimi Dəniz İşçi Qrupu-2 çərçivəsində təlimlər keçirib.

Qeyd edək ki, 2020-ci ilin yayında Şərqi Aralıq dənizində artan gərginlikdən üç il sonra Türkiyə və Yunanıstan hərbi gəmiləri üz-üzə gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti