...

Son FETÖ üzvü məsuliyyətə cəlb olunana qədər bu terror təşkilatı ilə mübarizəmizi davam etdirəcəyik - Ərdoğan

Dünya xəbərləri Materials 24 İyul 2023 21:17 (UTC +04:00)
Son FETÖ üzvü məsuliyyətə cəlb olunana qədər bu terror təşkilatı ilə mübarizəmizi davam etdirəcəyik - Ərdoğan
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Son FETÖ üzvü məsuliyyətə cəlb olunana qədər bu terror təşkilatı ilə mübarizəmizi davam etdirəcəyik.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

"İyulun 15-də canından keçmiş qəhrəmanlarımıza borcumuzu bir daha xatırladıq. Millətimiz bir daha bütün dünyaya göstərdi ki, Türkiyə keçilməzdir. Demokratiya və millət düşmənlərinin bitməyən kinlərinin arxasında bu həqiqət dayanır. Bütün səylərinə baxmayaraq, heç vaxt məqsədlərinə çata bilməyəcəklər. Türk milləti var olduqca 15 iyul dastanımız nəsildən-nəslə qürurla ötürüləcək. Bütün 253 şəhidimizi yad edəcəyik. Qazilərimizin mübarizəsi barədə qürurla danışacağıq", - deyə R.T.Ərdoğan bildirib.

Onun sözlərinə görə, bütün bunları edərkən Türkiyə heç vaxt arxayınlıq hissinə düşməməlidir.

"Son FETÖ üzvü məsuliyyətə cəlb edilənə qədər bu terror təşkilatına qarşı mübarizəmizi davam etdirəcəyik", - deyə Türkiyə Prezidenti əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti