...

Beynəlxalq ictimaiyyətin qətiyyətlə birgə hərəkət etməsi vacibdir – Türkiyə XİN

Dünya xəbərləri Materials 27 İyul 2023 01:59 (UTC +04:00)
Beynəlxalq ictimaiyyətin qətiyyətlə birgə hərəkət etməsi vacibdir – Türkiyə XİN
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq ictimaiyyətin qətiyyətlə birgə hərəkət etməsi vacibdir.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama verib.

Nazirlik Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında müqəddəs kitablara qarşı zorakılığı beynəlxalq hüququn pozulması kimi tanıyan və bu cür hərəkətləri qətiyyətlə pisləyən qətnamə layihəsinin qəbulunu alqışlayıb.

“Biz BMT Baş Assambleyasının 25 iyul 2023-cü il tarixli qərarını alqışlayırıq. Bu qərarda müqəddəs kitablara qarşı bütün zorakılıq aktları beynəlxalq hüququn pozulması kimi qiymətləndirilib” – deyə açıqlamada bildirilib.

Xatırladaq ki, iyulun 25-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında müqəddəs kitablara qarşı zorakılığı beynəlxalq hüququn pozulması kimi tanıyan və bu cür hərəkətləri kəskin şəkildə pisləyən qətnamə layihəsi qəbul edilib.

Məlumat üçün qeyd edək ki, iyunun 28-də İraqdan olan 37 yaşlı mühacir Salvan Momika Stokholmun mərkəzindəki məscid yaxınlığında Quran yandırmaq aksiyası keçirib.

Momika iyulun 20-də İraqın Stokholmdakı səfirliyinin qarşısında polisin mühafizəsi altında Quranı və İraq bayrağını tapdalayıb.

Danimarkada iyulun 22-də İraqın Kopenhagendəki səfirliyi qarşısında Quran yandıran qrup, iyulun 24-də İran və İraq səfirliyi qarşısında Quranı yandırıb.

Qrup daha əvvəl Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Türkiyə bayrağına və Qurana hücum edərək İslamı təhqir etmişdi.

Danimarkada İslam əleyhdarı və ifrat millətçi “Danske Patrioter (Danimarka Patriotları)” qruplaşmasının üzvləri bu gün Misirin, daha sonra Türkiyənin Kopenhagendəki səfirliyinin qarşısında Quranı yandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti