...

Rusiya və Türkiyə prezidentlərinin telefon danışığı olacaq - Kreml TƏSDİQLƏDİ

Dünya xəbərləri Materials 31 İyul 2023 19:30 (UTC +04:00)
Rusiya və Türkiyə prezidentlərinin telefon danışığı olacaq - Kreml TƏSDİQLƏDİ

Bakı.Trend:

Rusiya Prezidenti Vladimir Putinin Ankaraya səfərinin vaxtı hələ dəqiqləşdirilməyib, lakin onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı çərşənbə günü baş tutacaq.

Trend xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin müvafiq suallarını cavablandırarkən məlumat verib.

Qeyd edək ki, Vladimir Putin iyulun 29-da keçirdiyi mətbuat konfransında Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığının planlaşdırıldığını bildirmişdi.

“Biz görüşmək barədə razılığa gəlmişik: ya o Moskvaya gələcək, ya da mən Ankaraya gedəcəyəm”, - Rusiyanın dövlət başçısı Türkiyəyə səfər edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən demişdi.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarını avqust ayında Türkiyədə gözlədiyini dəfələrlə bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti