...

Blinken Niger prezidentinə dəstəyini ifadə edib

Dünya xəbərləri Materials 2 Avqust 2023 12:41 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ dövlət katibi Entoni Blinken Niger prezidenti Məhəmməd Bazumla telefon danışığı aparıb.

Trend xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Dövlət katibi ABŞ-nin prezidenti Bazuma və Nigerdə demokratiyaya dəyişməz və sarsılmaz dəstəyini bildirib", - məlumatda deyilir.

ABŞ dövlət katibi ABŞ-nin "konstitusiya qaydasını devirmək cəhdlərini rədd etdiyini" və Niger xalqı, Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyi (ECOWAS), Afrika İttifaqı və beynəlxalq tərəfdaşlarla birlikdə "demokratik hökuməti dəstəklədiklərini, həmçinin, qanunun aliliyi və insan haqlarına hörmət etdiklərini" vurğulayıb.

Qeyd edək ki, iyulun 26-da Nigerdə general Abdurahman Çianın başçılığı altında hərbi çevriliş olub. Qiyamçılar Niger Prezidenti Məhəmməd Bazumu girov götürüb. Prezident Məhəmməd Bazum qərbyönlü siyasəti və Parisin yaxın müttəfiqi olması ilə tanınır.

Bunun ardınca Nigerdə ​​minlərlə insan Fransa və Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinə (ECOWAS) qarşı etiraz aksiyasında iştirak edib. Aksiya iştirakçıları Nigerin paytaxtı Niameydə Fransa səfirliyinin qarşısında toplaşaraq Fransa və ECOWAS əleyhinə şüarlar səsləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti