...

Son 4 həftə ərzində koronavirusa yoluxma hallarının sayı 7 faiz artıb - ÜST

Dünya xəbərləri Materials 5 Avqust 2023 03:25 (UTC +04:00)
Son 4 həftə ərzində koronavirusa yoluxma hallarının sayı 7 faiz artıb - ÜST
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 13-dən 30-dək dünyada koronavirusa 1 milyondan artıq yoluxma halı qeydə alınıb, 3,1 mindən artıq insan isə koronavirusdan ölüb.

Trend xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyət Təşkilatının hesabatında deyilir.

Məlumata əsasən, son 4 həftə ərzində ümumilikdə 1 008 194 yoluxma halı, 3 132 ölüm halı qeydə alınıb. Daha öncəki 4 həftə ilə müqayisədə yoluxma hallarının sayı 7 faiz artıb, ölüm hallarının sayı isə 53 faiz azalıb.

Bu dövrdə ən çox yoluxma halı Cənubi Koreyada (751 484) aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti