...

Dünya ölkələri ilə regional əməkdaşlıqda maraqlıyıq - Türkiyənin enerji naziri Alparslan Bayraktar

Dünya xəbərləri Materials 7 Avqust 2023 12:16 (UTC +04:00)
Dünya ölkələri ilə regional əməkdaşlıqda maraqlıyıq - Türkiyənin enerji naziri Alparslan Bayraktar

Bakı. Trend:

Türkiyə həm elektrik enerjisi, həm də təbii qaz sahəsində dünya ölkələri ilə regional əməkdaşlıqda maraqlıdır.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar jurnalistlərə açıqlamasında deyib.

"Bərpa olunan enerji sahəsində 2 min 500 meqavatlıq layihə üzərində işləyirik. Səudiyyə Ərəbistanı ilə enerji sahəsində əhəmiyyətli əməkdaşlıq qurmağı hədəfləyirik. Məbləğ hələ müəyyənləşdirilməyib. Amma 4-5 min meqavatlıq bərpa olunan enerji layihəsində maraqlı olduqlarını görürük. Biz həm elektrik enerjisi, həm də təbii qaz sahəsində dünya ölkələri ilə regional əməkdaşlıqda maraqlıyıq", - deyə nazir bildirib.

Alparslan Bayraktar ilk dəniz külək elektrik stansiyasının tikilməsi üçün mümkün sahələri açıqlayıb. Bunlar Bandırma, Bozcaada, Gelibolu və Karabigadır.

"Türkiyənin elektrik və təbii qaz tələbatı son 21 ildə üç dəfə artıb. Türkiyə bərpa olunan enerji sahəsi üzrə Avropada 5-ci, dünyada isə 12-ci yerdədir. Hədəfimiz 2035-ci ilə qədər günəş enerjisində hər il 3 min 500 meqavatt, külək enerjisində isə 1 500 meqavatta çatmaqdır", - deyə nazir vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti