...

Güneyli fəal həbs olundu

Dünya xəbərləri Materials 8 Avqust 2023 16:54 (UTC +04:00)
Güneyli fəal həbs olundu
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Şərqi Azərbaycan vilayətinin Binab rayonunda milli-mədəni fəal Səid Minayi İranın Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib.

Trend-in məlumatına görə, Minayinin avqustun 7-i günortadan sonra Binabın Axund Qışlaq kəndindəki ata evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı bildirilir.

Onun hara aparıldığı və nədə ittiham olunduğu barədə məlumat verilməyib.

Qeyd edək ki, Azərbaycan dili və mədəniyyəti, ətraf mühit problemləri, xüsusilə, Urmiya gölü ilə bağlı fəaliyyətlərinə görə, Səid Minayi bundan əvvəl də bir neçə dəfə həbs edilib.

Onun son həbsinin Urmiya gölü ilə bağlı fəaliyyəti - yazıları və sosial mediadakı çağırışları ilə bağlı olduğu ehtimal edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti