...

Türkiyənin “Abdülhamid Han” gəmisi Aralıq dənizində qazma işlərinə başlayır

Dünya xəbərləri Materials 11 Avqust 2023 17:46 (UTC +04:00)
Türkiyənin “Abdülhamid Han” gəmisi Aralıq dənizində qazma işlərinə başlayır

Bakı. Trend:

"Abdülhamid Han" qazma gəmisi "Akseki-1" quyusunda qazma işlərinə başlayacaq.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə "Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) -nun sosial media hesabında paylaşım edilib.

"Enerji donanmamızın ən güclü üzvü "Abdülhamid Han" gəmisi Aralıq dənizindəki "Akseki-1" quyusunda qazma işlərinə başlayacaq. Kəşfiyyat işlərimiz səngimədən davam edir",- deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, "Abdülhamid Han" gəmisi qoşa qüllə və 200 nəfərlik heyəti ilə aktiv mövqeləşdirmə sisteminə sahibdir. 12 min 200 metrə qədər qazma qabiliyyəti ilə seçilir. Gəminin qülləsinin uzunluğu 104 metrdir.

Uzunluğu 238 metr, eni 42 metr və çəkisi 62 min ton olan gəmi, Türkiyənin Fatih, Kanun və Yavuzdan sonra dördüncü qazma gəmisidir.

Texniki avadanlığı və fiziki xüsusiyyətləri ilə karbohidrogen axtaran donanmanın ən böyüyü olan "Abdülhamid Han" yeddinci nəsil adlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti