...

Mərakeşdə ilk dəfə olaraq temperatur 50 dərəcədən yuxarı qalxıb

Dünya xəbərləri Materials 14 Avqust 2023 02:54 (UTC +04:00)
Mərakeşdə ilk dəfə olaraq temperatur 50 dərəcədən yuxarı qalxıb

Bakı. Trend:

Mərakeş meteoroloji xidmətləri ölkənin bu həftə yeni temperatur rekordu vurduğunu təsdiqləyib.

Trend-in məlumatına görə, ötən cümə günü Mərakeşin cənubundakı Aqadirdəki meteoroloji stansiyada hava 50,4 dərəcəyə qədər istiləşib. Qeyd olunub ki, ölkə ərazisində aparılan meteoroloji müşahidələr tarixində ilk dəfə olaraq temperatur 50 dərəcəni keçib.

Əvvəlki milli rekord bu il iyulun 13-də Smara şəhərində qeydə alınan 49,9 dərəcə isti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti