...

ÜST dünyada COVID-19-a yoluxma hallarının artdığını bildirib

Dünya xəbərləri Materials 18 Avqust 2023 06:37 (UTC +04:00)
ÜST dünyada COVID-19-a yoluxma hallarının artdığını bildirib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Tend:

İyulun 17-dən avqustun 13-dək olan dövr ərzində dünyada 1,4 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 2,3 mindən çox insan bu xəstəlikdən dünyasını dəyişib. Əvvəlki 28 günlə müqayisədə yoluxanların sayı 63 faiz artıb. Əvvəlki 28 günlə müqayisədə yoluxanların sayı 63% artıb, ölənlərin sayı isə 56 faiz azalıb.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Məlumata əsasən, dörd həftə ərzində 1,422,538 yoluxma və 2,366 ölüm qeydə alınıb. 104 ölkədən COVID-19-a yoluxma ilə bağlı məlumatlar daxil olub. ÜST-nin mayın 5-də elan etdiyi fövqəladə vəziyyətin sona çatmasına baxmayaraq, təşkilat COVID-19-un "hələ də ciddi təhlükə olaraq qaldığını" bildirib.

Təşkilat koronavirusun omikron ştammının EG.5 variantının yayılmasına xüsusi diqqət yetirir. Avqustun 17-nə olan məlumata görə, bu variant artıq 50 ölkədə aşkar edilib ki, bu da bir həftə əvvəlkindən iki ölkə çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti