...

Koronavirusun çoxlu mutasiyaya malik yeni variantı tapıldı

Dünya xəbərləri Materials 18 Avqust 2023 20:46 (UTC +04:00)
Koronavirusun çoxlu mutasiyaya malik yeni variantı tapıldı

Bakı. Trend:

Böyük Britaniyada BA.2.86 koronavirus variantı aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

30-dan çox mutasiya ilə xarakterizə olunan variantın varlığını Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) də təsdiq edib.

"Hazırda vəziyyət qiymətləndirilir və əlavə məlumat verəcək", - deyə UKHSA-dan bildirib.

“The Guardian” qəzetinin qeyd etdiyi kimi, bu tip koronavirus ilk dəfə İsraildə aşkar edilib. Daha sonra Danimarka və ABŞ-də qeydə alınıb.

Hazırda dünyada ən çox yayılmış koronavirus variantları XBB.1.16 və EG.5-dir.

Mütəxəssislərin fikrincə, BA.2.86 variantının delta və ya omikron ştamları qədər ölümcül olması ehtimalı azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti