...

Qazaxıstanda ağır yol qəzası baş verib, 9 nəfər ölüb

Dünya xəbərləri Materials 19 Avqust 2023 08:34 (UTC +04:00)
Qazaxıstanda ağır yol qəzası baş verib, 9 nəfər ölüb

Bakı. Trend:

Qazaxıstanın Karaqanda vilayətində iki avtomobilin toqquşması nəticəsində ağır yol qəzası olub.

Trend xəbər verir ki, “Toyota Camry 70” və “Honda Odyssey” markalı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi nəticəsində 9 nəfər ölüb, bir sərnişin tibb müəssisəsinə yerləşdirilib.

Faktla bağlı ibtidai istintaq başlayıb və müvafiq ekspertizalar təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti