...

Çanaqqala boğazı dəniz nəqliyyatı üçün bağlanıb - Türkiyənin daxili işlər naziri

Dünya xəbərləri Materials 23 Avqust 2023 09:32 (UTC +04:00)
Çanaqqala boğazı dəniz nəqliyyatı üçün bağlanıb - Türkiyənin daxili işlər naziri

Bakı. Trend:

Çanaqqala boğazında baş verən yanğın səbəbindən dəniz nəqliyyatı ikitərəfli bağlanıb.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya öz rəsmi sosial media hesabında açıqlama verib.

Nazir bildirib ki, Çanaqqala-Çan şosesi mülki avtomobillərin hərəkəti üçün bağlanıb.

"Bölgəyə 2 min 659 canlı qüvvə, səkkiz təyyarə, 26 helikopter, 240 su çəni, 71 su tankeri, 328 tikinti texnikası göndərilib və ümumilikdə 1251 nəfər təxliyə edilib", - deyə A.Yerlikaya əlavə edib.

Qeyd edək ki, dünən Çanaqqala vilayətində meşə yanğını baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti