Bakı. Trend:
COVID-19-un yeni versiyasına Türkiyədə rast gəlinməyib.
Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca jurnalistlərə açıqlaması zamanı deyib.
"COVID-19-un yeni variantının xüsusən də son günlər xarici ölkələrdə aşkarlanması barədə çoxlu məlumatlar var. Bu və buna bənzər variantlar Türkiyədə aşkarlanmayıb. Belə hallar bizi qorxutmamalıdır, çünki sağlamlığa qoyduğumuz sərmayələrimiz, insan resurslarının planlaşdırılması və sosial təminatın əhatəsini genişləndirən siyasətimizlə biz effektiv və güclü səhiyyə sisteminə nail olmuşuq",- deyə nazir bildirib.
Qızılca xəstəliyi haqqında da sualları cavablayan Fahrettin Koca bu xəstəliyin peyvənd yolu ilə asanlıqla qarşısının alındığını qeyd edib.