...

BMT-nin Cenevrə ofisi müvəqqəti olaraq bağlanıb

Dünya xəbərləri Materials 25 Avqust 2023 11:28 (UTC +04:00)
BMT-nin Cenevrə ofisi müvəqqəti olaraq bağlanıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədəki baş qərargahı müvəqqəti olaraq "təhlükəsizlik məqsədilə" bağlanıb.

Trend xəbər verir ki, bu barədə təşkilatın nümayəndəsi açıqlama yayıb.

Ofisin bağlanma səbəbləri ilə bağlı təfərrüat açıqlanmayıb. Qısa müddət sonra BMT-nin Cenevrə ofisi yenidən açılıb.

"Bildiririk ki, Millətlər Sarayındakı problem həll olunub. Bütün giriş nöqtələri yenidən açıqdır", - deyə təşkilatdan bildiriblər.

Qeyd edək ki, 1929-1938-ci illərdə inşa olunmuş Millətlər Sarayı dünyanın ən böyük ictimai binalarından biridir. Burada BMT-nin İnsan Hüquqları Şurası yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti