...

Məscidə edilən hücum tolerantlığa vurulan zərbədir – Ersin Tatar

Dünya xəbərləri Materials 26 Avqust 2023 20:22 (UTC +04:00)
Məscidə edilən hücum tolerantlığa vurulan zərbədir – Ersin Tatar

Bakı. Trend:

Məscidə edilən hücum tolerantlığa vurulan zərbədir.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar Yunan Kiprində məscidə edilən hücumu pisləyib.

"Hücum dünya üzrə 2 milyarddan çox insanın inanclarına və müqəddəs dəyərlərinə qarşı yönləndirilib. Bunu demokratiya və fikir azadlığı ilə izah etmək mümkün deyil. Hücumu təşkil edənlər cəzalandırılmalıdır” – deyə Tatar qeyd edib.

Xatırladaq ki, bu gün Yunan Kiprində yerləşən məscidə molotof kokteyli ilə hücum edilib.

Polis hücumla bağlı araşdırma apardığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti