...

Türkiyə XİN Yunan Kiprindəki məscidə hücumu qınayıb

Dünya xəbərləri Materials 27 Avqust 2023 00:03 (UTC +04:00)
Türkiyə XİN Yunan Kiprindəki məscidə hücumu qınayıb

Bakı. Trend:

Türkiyə Xarici İşlər Nazirliyi Yunan Kiprində məscidə edilən hücumu qınayıb.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.

“Avropada artan anti-İslamizmin ən son nümunəsi olan bu hücum təkcə müsəlmanları hədəf almır, həm də ümumi insani dəyərlərimizə qarşı təhlükənin nə qədər ciddi olduğunu bir daha ortaya qoyur. Biz Şimali Kipr Türk Respublikasının (KKTC) Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı verdiyi bəyanatı tam dəstəkləyirik”, - deyə bəyanatda qeyd olunub.

Nazirlik bildirib ki, sözügedən hücum Kipr Rum icmasının bəzi təbəqələrinin müsəlman Kipr türkləri ilə sülh, əmin-amanlıq və tolerantlıq içində yaşamaq anlayışından nə qədər uzaq olduğunu göstərir.

"Kipr türk tərəfinin iki dövlət baxışı Kipr probleminin həlli üçün yeganə real model olduğunun daha bir sübutudur", - deyə əlavə edilib.

Xatırladaq ki, gecə saatlarında Limassoldakı İbrahimağa Köprülü məscidinə bir nəfər tərəfindən molotof kokteyli atılıb.

Bununla bağlı KKTC prezidenti Ersin Tatar və KKTC Baş naziri Ünal Üstel açıqlama verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti