...

7 ay ərzində Özbəkistana 4 milyona yaxın turist səfər edib

Dünya xəbərləri Materials 27 Avqust 2023 14:21 (UTC +04:00)
7 ay ərzində Özbəkistana 4 milyona yaxın turist səfər edib
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin ilk yeddi ayı ərzində Özbəkistan 3,7 milyon xarici turist qəbul edib.

Bu barədə Trend Özbəkistanın Statistika Agentliyinə istinadən xəbər verir.

Özbəkistana ən çox səfər edən turistlər arasında birinci yeri Tacikistan vətəndaşları tutub (1,151 milyon turist). İkinci yerdə Qırğızıstan (912,8 min), üçüncü yerdə Qazaxıstan (879,0 min), dördüncü yerdə Rusiya (417,4 min) və beşinci yerdə Türkiyə (58,0 min) qərarlaşıb.

TOP-10-a həmçinin müvafiq olaraq Türkmənistan (39,6 min), Cənubi Koreya (20,2 min), Hindistan (20,0 min), Çin (17,7 min) və Almaniya (14,1 min) daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti