...

Konqoda etirazların yatırılması əməliyyatına rəhbərlik edən iki zabit həbs olunub

Dünya xəbərləri Materials 6 Sentyabr 2023 04:43 (UTC +04:00)

Bakı. Trend:

Konqo Demokratik Respublikasının şimal-şərqində Birləşmiş Millətlər Təşkilatına qarşı planlaşdırılan etirazların yatırılmasına rəhbərlik edən iki yüksək rütbəli hərbçi həbs olunub. Aksiyaların dağıdılması 56 nəfərin ölümünə səbəb olub.

Trend-in məlumatına görə, bu barədə “AlJaazira” məlumat yayıb. Ölkənin daxili işlər naziri Piter Kazadi bildirib ki, polis bazar ertəsi zorakılığın baş verdiyi Qomada Respublika Qvardiya Bölməsinə və KDR silahlı qüvvələri alayına rəhbərlik edən komandirlər Mayk Mikombe və Donat Bavilini həbs edib.

“Biz heç nəyi gizlətməkdə maraqlı deyilik. Bütün həqiqətlər məlum olacaq”, - deyən Kazadi, baş vermiş hadisənin hərtərəfli araşdırılacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti