...

Yunanıstan Türkiyə ilə saziş imzalamaq istəyir

Dünya xəbərləri Materials 9 Sentyabr 2023 14:35 (UTC +04:00)
Yunanıstan Türkiyə ilə saziş imzalamaq istəyir
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan Türkiyə ilə qaçqınlarla bağlı yeni saziş imzalamaq istəyir.

Trend xəbər verir ki, bu barədə Yunanıstanın miqrasiya və sığınacaq məsələləri üzrə naziri Dmitrios Kairidis bildirib.

O, Türkiyədən qanunsuz yolla Yunanıstana keçməyə çalışan insanların sayının kəskin artdığını və yeni şərtlər müəyyən etməyin son dərəcə mühüm olduğunu bildirib.

Yunanıstanlı nazirin sözlərinə görə, yeni saziş Berlinin rəhbərliyi altında hazırlanmalıdır.

"Biz şimal sərhədlərimizi bacardığımız qədər qoruyuruq, lakin əsas mənbədə birlikdə fəaliyyət göstərməliyik. Əsas mənbə isə Türkiyədir və burada Almaniyanın nüfuzu həqiqətən vacib və böyükdür", - o deyib.

Qeyd edək ki, 2016-cı ildə Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında qaçqınlarla bağlı saziş imzalanıb. Saziş çərçivəsində Ankara qanunsuz miqrasiyanın qarşısını almağı öhdəsinə götürüb. Həmçinin sazişə görə, Aİ Türkiyə vasitəsilə yunan adalarına qanunsuz keçən qaçqın və miqrantları geri göndərə bilər.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından verilən məlumata görə, bu il Türkiyədən Yunanıstana quru və dəniz yolu ilə 19 676 miqrant keçib. Bu isə bütün ötən il ərzindəki göstəricidən çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti