...

Olaf Şolts Mərkəzi Asiyanın beş ölkəsinin liderləri ilə birgə görüşəcək

Dünya xəbərləri Materials 29 Sentyabr 2023 04:58 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya Kansleri Olaf Şolts sentyabrın 29-da Berlində beş Mərkəzi Asiya ölkəsinin prezidentləri ilə görüş keçirəcək.

Trend-in məlumatına görə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri ilk dəfədir Avropa İttifaqına üzv olan dövlətin başçısı ilə birgə danışıqlar aparacaqlar.

Almaniya hökuməti daha əvvəl bildirmişdi ki, görüşdə xüsusilə ikitərəfli münasibətlər, iqtisadi əlaqələr və enerji sektorunda əməkdaşlıq müzakirə olunacaq.

Daha əvvəl Şolts və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında ikitərəfli danışıqlar olub. Danışıqlarda Qazaxıstan Prezidenti “Drujba” kəməri ilə neft nəqlinin həcmini artırmağa hazır olduğunu açıqlayıb.

Mərkəzi Asiya ölkələrinin liderləri may ayında Çin sədri Si Cinpinlə görüşdə iştirak ediblər.

Sentyabrın əvvəlində isə ABŞ Prezidenti Cozef Bayden ilk dəfə Nyu-Yorkda Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri ilə danışıqlar aparıb. Görüşdə digər məsələlərlə yanaşı, enerji təhlükəsizliyi mövzusunu da müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti