...

Alparslan Bayraktar Birləşmiş Ərəb Əmirliyinə səfər edəcək

Dünya xəbərləri Materials 30 Sentyabr 2023 22:24 (UTC +04:00)
Alparslan Bayraktar Birləşmiş Ərəb Əmirliyinə səfər edəcək

Bakı. Trend:

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Birləşmiş Ərəb Əmirliyinə səfər edəcək.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər nazirliyi açıqlama verib.

Nazirliyin açıqlamasında, Bayraktarın Abu Dabi Beynəlxalq Neft Sərgisi və Konfransında iştirak etmək üçün Abu Dabiyə gedəcəyi bildirilib.

Məlumat üçün qeyd edək ki, Alparslan Bayraktar 2 oktyabrda konfransın açılış mərasimində çıxış edəcək əsas natiqlərdən biri olacaq.

Nazir forum çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin hökumət rəsmiləri və dünyanın aparıcı enerji şirkətlərinin yüksək səviyyəli rəhbərləri ilə görüşməsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti