...

Türkiyə Ukraynaya "Akıncı" PUA-ları verə bilər

Dünya xəbərləri Materials 2 Oktyabr 2023 09:54 (UTC +04:00)
Türkiyə Ukraynaya "Akıncı" PUA-ları verə bilər
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Ukraynaya "Akıncı" PUA-ları verə bilər.

Trend xəbər verir ki, bunu “Baykar” şirkətinin rəhbəri Haluk Bayraktar deyib.

"Türkiyə tərəfi “Bayraktar Akıncı” pilotsuz uçuş aparatlarının (PUA) Ukraynaya tədarükü məsələsini nəzərdən keçirir”, - o qeyd edib.

Onun sözlərinə görə, Ukraynada müəyyən PUA növlərinin istehsal edilməsi üçün şirkət Türkiyə hökumətindən icazə almalıdır:

“Müdafiə sahəsində əməkdaşlıq məsələsində dövlətin icazəsi lazımdır və bizə belə bir icazə verilib. Bu məsələ ilə bağlı yalnız onu deyə bilərəm ki, “Bayraktar Akıncı” məsələsi nəzərdən keçirilir”.

Qeyd edək ki, "Akıncı" PUA-nın hazırlanması üzərində işlər 4 il davam edib.

Xəbər lenti

Xəbər lenti