...

Yaponiya adalarında 1 m hündürlüyündə sunami gözlənilir

Dünya xəbərləri Materials 5 Oktyabr 2023 07:11 (UTC +04:00)
Yaponiya adalarında 1 m hündürlüyündə sunami gözlənilir

Bakı. Trend:

Yaponiyanın Sakit Okeandakı ucqar İzu adalarının sahillərində hündürlüyü təxminən 1 m olan sunami dalğaları gözlənilir.

Trend-in məlumatına görə, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi müvafiq xəbərdarlıq edib.

Sunami dalğalarının yerli vaxtla saat 11:30 radələrində İzu adaları qrupuna çatacağı gözlənilir. Adalarda təhminən 100 nəfərin olduğu yerli sakinlərdən sahil zolağına yaxınlaşmamağa çağırış edilib.

Sunamiyə Sakit Okeanda baş verən 6,6 bal gücündə zəlzələ səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti