...

Ermənistanda yük qatarı relsdən çıxdı

Dünya xəbərləri Materials 12 Oktyabr 2023 10:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda gecə saatlarında yük qatarı relsdən çıxıb.

Trend xəbər verir ki, bu barədə "Cənubi Qafqaz Dəmir Yolları" QSC məlumat yayıb.

Məlumata görə, 36 vaqondan ibarət qatar sement istehsalı üçün xammal aparıb. Hadisə zamanı qatar və dəmir yolu relsləri zədələnib.

İrəvan yaxınlığındakı Dalarik-Karakert dəmir yolu hissəsi ilə nəqliyyatın hərəkəti dayandırılıb, Gümrü və Tbilisi istiqamətində hərəkət ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti