...

ABŞ Aralıq dənizinin şərqinə ikinci təyyarədaşıyan gəmi göndərib

Dünya xəbərləri Materials 15 Oktyabr 2023 06:08 (UTC +04:00)
ABŞ Aralıq dənizinin şərqinə ikinci təyyarədaşıyan gəmi göndərib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Aralıq dənizinin şərqinə ikinci təyyarədaşıyan gəmi göndərib.

Trend-in məlumatına görə, bu barədə ölkənin müdafiə naziri Lloyd Ostin bildirib.

O, bu qərarı İsrailə qarşı aqressiv hərəkətlərin qarşısını almaq və HƏMAS-ın İsrail ərazisinə hücumundan sonra daha böyük müharibəni qızışdırmaq cəhdləri ilə izah edib.

“ABŞ-ın hərbi mövcudluğunun bu şəkildə genişləndirilməsi bizim İsrailin təhlükəsizliyini təmin etmək üçün güclü öhdəliyimizi və dövlətlərin və ya qrupların bu müharibəni qızışdırmaq cəhdlərinin qarşısını almaq istəyimizi nümayiş etdirir”, - deyə nazir qeyd edib.

Qeyd edək ki, bu həftənin əvvəlində “Gerald R. Ford” təyyarədaşıyan gəmisi Aralıq dənizinin şərqinə gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti