...

Qana terrorçularla mübarizə üçün Aİ-dən 100-dən çox zirehli maşın alıb

Dünya xəbərləri Materials 29 Oktyabr 2023 06:10 (UTC +04:00)
Qana terrorçularla mübarizə üçün Aİ-dən 100-dən çox zirehli maşın alıb

Bakı. Trend:

Qana terrorçularla mübarizə üçün Avropa İttifaqından 105 ədəd zirehli maşın alıb.

Trend-in məlumata görə, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Qanada səfərdə olan Aİ-nin beynəlxalq siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Cosef Borel zirehli maşınların əlavə olaraq hava müşahidə avadanlığı və elektron müharibə sistemləri ilə təchiz ediləcəyini vəd edib.

Avropa İttifaqının Qanaya dəstəyi dörd Qərbi Afrika ölkəsinin müdafiəsini və təhlükəsizliyini gücləndirməyə yönəlmiş 616 milyon avroluq yardım paketinin bir hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti