Bakı. Trend:
Qəzza zolağından 61 xəstə və onu müşayiət edən 49 nəfəri daşıyan təyyarə Misirdən Türkiyəyə gəlib.
Trend-in məlumatına görə, onları Ankara hava limanında Türkiyənin Səhiyyə naziri Fahrettin Koca qarşılayıb
Nazir bildirib ki, xəstələrin müalicəsi paytaxtın "Bilkent" və "Etlik" xəstəxanalarında aparılacaq.
Əksəriyyəti xərçəng xəstələri olan xəstələr ölkə Milli Müdafiə Nazirliyinin hərbi-nəqliyyat təyyarəsi ilə Türkiyəyə aparılıb.
Fahrettin Koca xatırladıb ki, daha əvvəl 27 xəstə və 13 müşayiətçidən ibarət Qəzza sakinlərin ilk qrupu müalicə üçün Türkiyəyə gəlib.