Bakı. Trend:
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) HƏMAS hərəkatı tərəfindən azad edilən üçüncü girov qrupunun qəbulu proseduruna başlayıb.
Trend-in məlumatına görə, bu barədə "Al-Qahera Al-Ekhbariya" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, bundan bir qədər əvvəl Misir tərəfi İsrail və HƏMAS arasında girov və məhbusların mübadiləsi prosesinə başlayıb. Qeyd olunub ki, bu qrupa 13 israillidən əlavə 5 başqa ölkə vətəndaşı da daxildir.