...

Yəmən sahillərində İsrailə məxsus ola biləcək tanker ələ keçirilib

Dünya xəbərləri Materials 26 Noyabr 2023 20:38 (UTC +04:00)
Yəmən sahillərində İsrailə məxsus ola biləcək tanker ələ keçirilib

Bakı. Trend:

Yəmən sahillərində İsrail şirkətinə məxsus ola biləcək tanker ələ keçirilib.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi dənizdə təhlükəsizlik məsələləri ilə məşğul olan "Ambrey" şirkətinə istinadən bildirib.

Məlumata əsasən, "Zodiac Maritime" operatoru tərəfindən idarə olunan "Central Park" gəmisi Ədən körfəzində hücuma məruz qalıb. Hazırda tankeri kimin ələ keçirldiyi barədə məlumat yoxdur.

Qeyd olunub ki, hücumun quldurlar tərəfindən həyata keçirildiyinə dair şübhələr var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti