...

Türkiyə MİT Suriyada əməliyyat keçirdi: PKK/YPG'nin məsul şəxsi zərərsizləşdirildi (FOTO)

Dünya xəbərləri Materials 27 Noyabr 2023 11:50 (UTC +04:00)
Türkiyə MİT Suriyada əməliyyat keçirdi: PKK/YPG'nin məsul şəxsi zərərsizləşdirildi (FOTO)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Suriyada Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada əməliyyat keçirib.

Trend bu barədə türk KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, əməliyyat zamanı PKK/YPG'nin məsul şəxsi zərərsizləşdirilib.

"Karker Andok" kod adlı Mutlu Kacar Suriyanın Ayn əl-Arab bölgəsindən məsul olub.

Qeyd edək ki, Türkiyənin Milli Müdafiə Nazirliyi noyabrın 25-də bu ilin avqustun 15-dən noyabrın 23-dək Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriya ərazisindəki antiterror əməliyyatı bölgəsində 606-sı PKK/KCK-PYD/YPG, 43-ü İŞİD üzvü olmaqla ümumilikdə 649 terrorçunun zərərsizləşdirilməsi barədə məlumat yaymışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti