...

Lavrov-Mirzoyan görüşünün təfərrüatı açıqlandı (YENİLƏNİB)

Dünya xəbərləri Materials 30 Noyabr 2023 17:16 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünün təfərrüatı məlum olub.

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya tərəfi 2020-2022-ci illər ərzində imzalanmış kompleks üçtərəfli razılaşmalar əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, o cümlədən, Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına fəal şəkildə kömək göstərməyə hazır olduğunu bildirib.

Həmçinin, ikitərəfli gündəlikdə duran aktual məsələlər, eləcə də, regional məsələlər müzakirə olunub.

xxx

15:18

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclası çərçivəsində erməni həmkarı Ararat Mirzoyanla görüşüb.

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova "Telegeram" kanalında məlumat yayıb.

Qeyd edək ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu sammiti 30 noyabr-1 dekabr tarixlərində Makedoniyanın Skopye şəhərində keçirilir.

Polşa, Ukrayna və Baltikyanı ölkələrin XİN rəhbərləri Lavrovun iştirakı ilə əlaqədar olaraq sammitdə iştirakdan imtina ediblər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti