...

ABŞ-ın raket esminesi Aralıq dənizinə daxil olub

Dünya xəbərləri Materials 12 Dekabr 2023 07:28 (UTC +04:00)
ABŞ-ın raket esminesi Aralıq dənizinə daxil olub

Bakı. Trend:

ABŞ-ın "USS Laboon" raket esminesi bazar ertəsi Cəbəllütariq boğazından keçərək Aralıq dənizinə daxil olub.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın 6-cı əməliyyat donanması xəbər verib.

Qeyd olunub ki, o, Aralıq dənizində tapşırıqları yerinə yetirəcək.

“USS Gerald Ford” nüvə təyyarədaşıyan gəmisinin başçılıq etdiyi Amerika aviadaşıyıcısının zərbə qrupu hazırda Şərqi Aralıq dənizində patrul edir. Qrupa "USS Normandy" raket kreyseri, "USS McFaul", "USS Thomas Hudner" və "USS Bulkeley" esminesləri daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti