...

Üç ildən sonra Moskvadan ilk birbaşa uçuş Havanaya çatıb

Dünya xəbərləri Materials 25 Dekabr 2023 08:00 (UTC +04:00)
Üç ildən sonra Moskvadan ilk birbaşa uçuş Havanaya çatıb

Bakı. Trend:

“Rossiya Hava Yolları”nın (Aeroflot qrupuna daxil olan) təyyarəsi bazar günü günortadan sonra beynəlxalq hava limanında eniş edib.

Trend TASS-a istinadla xəbər verir ki, bu, Rusiya və Kuba paytaxtları arasında 2020-ci ildən, koronavirus pandemiyasından sonra ilk birbaşa reysdir. Təyyarənin göyərtəsində 300-dən çox sərnişin olub. Terminalda onları bir qrup kubalı musiqiçi qarşılayıb.

Aviaşirkətin cədvəlinə əsasən, uçuşlar çərşənbə və bazar günləri yerinə yetiriləcək. Artan tələblə əlaqədar olaraq dekabrın 30-da marşrut üzrə əlavə reys planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti