...

Venesiyada turistlər üçün məhdudiyyətlər tətbiq olunacaq

Dünya xəbərləri Materials 1 Yanvar 2024 09:35 (UTC +04:00)
Venesiyada turistlər üçün məhdudiyyətlər tətbiq olunacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Turizmin mənfi təsirlərinin azaldılması üçün Venesiya şəhərini ziyarət edəcək turist qruplarının həcmi azaldılacaq.

Trend “Euronews”a istinadla xəbər verir ki, bu barədə Venesiya şəhər rəhbərliyinin açıqlamasında bildirilib.

Açıqlamada iyundan etibarən Venesiyanı ziyarət edəcək turist qruplarının maksimum 25 nəfərdən ibarət ola biləcəyi vurğulanıb. Bundan başqa, turist qruplarının şəhərlə tanışlığı zamanı səsgücləndiricilərdən istifadənin də qadağan ediləcəyi qeyd olunub.

Xatırladaq ki, BMT-nin mədəniyyət agentliyi Venesiyanın UNESCO-nun təhlükə altında qalan irs nümunələri siyahısına salınması məsələsini iki dəfə müzakirəyə çıxarıb. Həmin müzakirələrdə turizmin şəhərə mənfi təsirləri əsas amil kimi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti