...

Blinkenlə Fidanın İstanbulda görüşü başa çatıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 6 Yanvar 2024 15:25 (UTC +04:00)
Blinkenlə Fidanın İstanbulda görüşü başa çatıb (YENİLƏNİB)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-nin dövlət katibi Antoni Blinken arasında görüş başa çatıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Tərəflərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.

xxx

14:00

ABŞ-nin dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda görüşüb.

Trend xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, görüş KİV üçün qapalı şəraitdə keçirilib.

Qeyd edək ki, Antoni Blinken yanvarın 5-də Türkiyəyə səfər edib. Yanvarın 6-da onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacağı gözlənilir.

Diplomatik mənbələrin məlumatına görə, danışıqlarda Qəzza zolağındakı vəziyyət, İsveçin NATO-ya üzvlük məsələsi, ABŞ tərəfindən Ankaraya "F-16" qırıcılarının satışı, Türkiyə-Yunanıstan münasibətlərinin normallaşması, Türkiyə-ABŞ əlaqələri, eləcə də Ərdoğanın ABŞ-yə gözlənilən səfəri müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti