...

Denis Beçiroviç ABŞ və NATO-nu Qərbi Balkan regionundakı təhdidlərə qarşı tədbir görməyə çağırıb

Dünya xəbərləri Materials 13 Yanvar 2024 03:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç ABŞ ilə NATO-nun ölkəsində və Qərbi Balkan regionunda sabitliyə yönələn təhdidlərə qarşı tədbir görməsinin vacibliyini qeyd edib.

Trend xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi fonunda Qərbi Balkan regionunda baş verən proseslərə diqqət çəkən Denis Beçiroviç ABŞ və Böyük Britaniyanın mümkün təhlükənin fərqində olduğunu bildirib.

“Qərbi Balkan regionu müxtəlif illərdə ciddi təhlükələrlə üz-üzə qalıb. Avropanın bu hissəsi Ukrayna ilə birlikdə Avro-Atlantik təhlükəsizlik arxitekturasının ən zəif nöqtəsidir. Avropa İttifaqı prosesləri yaxından izləyir. ABŞ da Bosniya və Herseqovinanın sabitliyini və iqtisadi inkişafını dəstəkləyir. ABŞ və NATO Bosniya və Herseqovina və Qərbi Balkan regionunda sabitliyə yönələn təhdidlərə qarşı hərəkətə keçməlidir. Həmçinin NATO-nun Bosniya və Herseqovinada sülhü, ərazi bütövlüyünü və suverenliyi qorumaq kimi öhdəliyi var”, - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti