...

Rusiya Qızıl Xaç Cəmiyyətinin keçmiş sədri Moskvadakı mənzilində ölü tapılıb

Dünya xəbərləri Materials 16 Yanvar 2024 16:49 (UTC +04:00)
Rusiya Qızıl Xaç Cəmiyyətinin keçmiş sədri Moskvadakı mənzilində ölü tapılıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Qızıl Xaç Cəmiyyətinin keçmiş sədri Raisa Lukutsova Moskvadakı mənzilində ölü tapılıb.

Trend xəbər verir ki, bu barədə Rusiya KİV-ində məlumat yayılıb.

İlkin ehtimallara görə, 74 yaşlı qadının ölümü təbii səbəblərdən baş verib. Belə ki, Raisa Lukutsova xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, Lukutsova 2006-2021-ci illərdə Rusiya Qızıl Xaç Cəmiyyətinin sədri olub.

2022-ci ildə məhkəmə Lukutsovanı Moskva yaxınlığındakı "Drujba" sanatoriyasının binasını ucuz qiymətə satmaq cəhdində ittiham edərək üçün dörd il müddətinə şərti azadlıqdan məhrumetmə cəzaya məhkum edib. O, uzun müddət təqsirini etiraf etməsə də, istintaqın sonunda irəli sürülmüş ittihamlarla razılaşıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti