...

Argentina prezidenti Malvin adalarının statusunun Britaniya ilə müzakirə olunacağını bildirib

Dünya xəbərləri Materials 18 Yanvar 2024 08:20 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya ilə gələcək diplomatik danışıqlar zamanı Folklend adalarının (Malvin adalarının) statusu müzakirə olunacaq. Bunu Argentina prezidenti Xavyer Mayli Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronla danışıqlardan sonra deyib.

Trend TASS-a istinadən xəbər verir ki,Bundan əvvəl Britaniya Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, tərəflər ticarət, təhsil və mədəniyyət sahələrində qarşılıqlı əlaqələrin gücləndirilməsi yollarını müzakirə ediblər.

Atlantik okeanının cənub-qərb hissəsində yerləşən Folklend adaları (Malvin adaları) iki əsrə yaxındır ki, Argentina və Böyük Britaniya arasında ərazi mübahisəsinin predmeti olub. 1982-ci ilin aprelində ölkələr arasında müharibə başladı. Cənubi Amerika respublikası iki ay yarım davam edən döyüşlərdə 649 əsgərini itirərək məğlub oldu. Britaniya tərəfinin itkiləri 255 nəfər təşkil edib.

2013-cü ilin martında arxipelaq sakinlərinin böyük əksəriyyəti referendumda ərazinin Böyük Britaniyanın mülkiyyətində qalmasına səs verdi. Argentina referendumun nəticələrini tanımayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti