...

Gürcüstanda torpaq sürüşməsi: Ölənlərin sayı artdı

Dünya xəbərləri Materials 8 Fevral 2024 20:20 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanda leysan yağışların səbəb olduğu torpaq sürüşməsində həyatını itirənlərin sayı 11-ə çatıb.

Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi açıqlama yayıb.

İmereti bölgəsinin Bağdati Bələdiyyəsinin Nergeeti kəndində 200 nəfərlik axtarış-xilasetmə qrupunun işi nəticəsində 9 nəfərin cansız cəsədinin çıxarıldığı və torpaq altında qalanların hamısının tapıldığı üçün axtarışların sona çatdığı qeyd olunub.

xxx

12:42

Gürcüstanın İmereti bölgəsinin Bağdati bələdiyyəsinin Nergeeti kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidməti yayıb.

Xilasedicilər dünən axşam və bu gecə daha iki nəfərin cəsədini torpaq altından çıxarıblar. Bununla da təbii fəlakət nəticəsində ölənlərin sayı 8 nəfərə yüksəlib. Daha bir nəfərin axtarışları davam etdirilir.

Axtarış-xilasetmə işlərinin aparıldığı ərazidə torpaq kütləsinin hündürlüyünün 30 metr olduğu bildirilir.

Qeyd edək ki, fevralın 7-də gecə saatlarında Bağdati bələdiyyəsinin Negreeti kəndində torpaq sürüşməsi baş verib. Nəticədə bir neçə ev torpaq altında qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti