...

Polşada NATO-nun irimiqyaslı təlimləri elan edilib

Dünya xəbərləri Materials 9 Fevral 2024 05:15 (UTC +04:00)
Polşada NATO-nun irimiqyaslı təlimləri elan edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşada, bazar ertəsi, fevralın 12-dən hərbi texnikanın hərəkəti demək olar ki, bütün yollarda intensivləşəcək. Bu, NATO-nun son onilliklərin ən böyük hərbi təlimi olan “Steadfast Defender-24” ilə bağlıdır.

Trend xəbər verir ki, bu barədə Polşa Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

Baş Qərargahın məlumatına görə, Polşada hərbi texnikanın kolonnalarının hərəkəti təlimlər çərçivəsində həyata keçiriləcək. Beləliklə, müttəfiq qoşunlarının köçürülməsi təcrübəsi, sərhədyanı fəaliyyətlərin əlaqələndirilməsi və qəbul edən ölkələrlə əməkdaşlıq təlimi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti