...

Hindistanda sakinlərlə polis arasında toqquşma baş verib

Dünya xəbərləri Materials 11 Fevral 2024 01:04 (UTC +04:00)
Hindistanda sakinlərlə polis arasında toqquşma baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın Uttarhand əyalətinin Haldvani şəhərində mədrəsə və məscidin sökülməsi qərarından sonra baş verən şiddətli qarşıdurmalarda ölənlərin sayı 5 nəfərə çatıb.

Trend xəbər verir ki, 2 gündür davam edən qarşıdurmalarda 150-dən çox yerli sakin yaralanıb, eyni zamanda çoxlu sayda polis əməkdaşı xəsarət alıb.

Artıq bölgədə komendant saatı tətbiq olunub.

Polisin real güllə və gözyaşardıcı qazla müdaxilə etdiyi hadisələrdə etirazçılar polisə Molotov kokteyli və daş atıb, bəzi avtomobilləri də yandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti