...

Filippində torpaq sürüşməsi nəticəsində 37 nəfər həlak olub

Dünya xəbərləri Materials 11 Fevral 2024 14:47 (UTC +04:00)
Filippində torpaq sürüşməsi nəticəsində 37 nəfər həlak olub

Bakı. Trend:

Filippinin cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 37-yə çatıb.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi yerli məmur Edvard Makapiliyə istinadən xəbər verib.

Onun sözlərinə görə, 32 nəfər yaralanıb, daha 77 nəfər hələ də itkin düşüb. Hələ də sağ qalanların olub-olmaması ilə bağlı sualı cavablandıran E.Makapili bunun çətin olduğunu, lakin axtarışların davam etdiriləcəyini bildirib.

Məmur əlavə edib ki, 300-dən çox insanın iştirak etdiyi xilasetmə işləri güclü yağışlar və yeni sürüşmə təhlükəsi səbəbindən dayandırılıb, lakin fevralın 11-də bərpa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti