...

Filippində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 54-ə çatıb

Dünya xəbərləri Materials 11 Fevral 2024 17:33 (UTC +04:00)
Filippində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 54-ə çatıb

Bakı. Trend:

Filippinin cənubundakı Davao de Oro əyalətində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 54-ə çatıb, daha 63 nəfər isə hələ də itkin düşmüş hesab olunur.

Trend-in məlumatına görə, bu barədə “ABS-CBN News” məlumat yayıb.

Bildirilib ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, təxminən 9 hektar ərazidə aparılan axtarış-xilasetmə əməliyyatlarına hərbçilər də daxil olmaqla, 500-ə yaxın canlı qüvvə cəlb edilib. Sürüşmənin hündürlüyü 30-50 metr arasında olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti