...

İsrail Braziliya prezidentini "persona non grata" elan edib

Dünya xəbərləri Materials 19 Fevral 2024 17:26 (UTC +04:00)
İsrail Braziliya prezidentini "persona non grata" elan edib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin xarici işlər naziri İsrael Kats Braziliya prezidenti Luis İnasiu Lulu da Silvanı arzuolunmaz şəxs elan edib.

Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, buna səbəb Braziliya prezidentinin Qəzza zolağında baş verənləri soyqırım adlandırması və Holokostla müqayisə etməsi olub.

"Biz bunu unutmayacağıq və bağışlamayacağıq. Bu, ciddi antisemitizm hücumudur. Mənim adımdan və İsrail vətəndaşlarının adından prezident Lulu da Silvaya deyin ki, sözlərini geri götürməyənə qədər o, İsraildə "persona non-grata"dır", - israilli nazir deyib.

Qeyd edək ki, bir qədər əvvəl Braziliya prezidenti Qəzza zolağında baş verənləri soyqırım adlandırıb və Adolf Hitlerin yəhudilərə qarşı etdikləri ilə müqayisə edib. İsrailin baş naziri Benyamin Netanyahu cavab olaraq Braziliya prezidentinin yəhudi xalqına və İsrailin özünümüdafiə hüququna zərər yetirməyə çalışdığını bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti