...

BMT Ukrayna münaqişəsini gərginləşdirə biləcək bəyanatlardan çəkinməyə çağırıb

Dünya xəbərləri Materials 28 Fevral 2024 01:58 (UTC +04:00)

Bakı. Trend:

BMT dünya siyasətçilərini Ukrayna ətrafında vəziyyətin pisləşməsinə səbəb ola biləcək ritorikadan çəkinməyə çağırır.

Trend-in məlumatına görə, bu barədə təşkilatın Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.

“Münaqişə başlayandan bəri biz vəziyyəti gərginləşdirə biləcək çoxlu ritorika gördük. Bizim çağırışımız dəyişməyib. Belə ritorikadan qaçmaq lazımdır", - deyə S.Düjarrik vurğulayıb.

Qeyd edək ki, bu günlərdə Fransa Prezidenti Emmanuel Makron Qərb ölkələrindən Ukraynaya hərbçilərin göndərilməsi ehtimalının istisna edilmədiyini bildirmişdi. Eyni zamanda, o, hazırda bu məsələ ilə bağlı Avropa ölkələri arasında konsensusun olmadığını vurğulamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti