Bakı. Trend:
Almaniya Kansleri Olaf Şolts Ukraynaya Qərb ölkələrinin hərbçilərinin göndərilməsinin əleyhinə çıxış edib.
Trend-in məlumatına görə, Romada səfərdə olan Şolts, “Biz Ukraynaya avropalı əsgərlər göndərməyəcəyik. Biz Rusiya ilə NATO arasında müharibə istəmirik və bunun qarşısını almaq üçün hər şeyi edəcəyik” - deyib.
Onun sözlərinə görə, Qərb tərəfdaşları, həmçinin NATO-ya üzv olan ölkələrin heç biri münaqişə tərəfi olmamalıdır.
Eyni zamanda o, Aİ-ni öz təhlükəsizliyinə və müdafiə sahəsinə daha çox sərmayə qoymağa çağırıb.
Qeyd edək ki, bir müddət öncə Fransa Prezidenti Emmanuel Makron Ukraynaya Qərb hərbi qüvvələrinin göndərilməsinin mümkünlüyünü istisna etməyib. Bununla belə, o, bu məsələdə hələ də konsensusun əldə olunmadığını vurğulayıb.